Aron Kortezin tennis turnirlərində iştirakına qadağa qoyulub

İspaniyalı tennisçi Aron Kortezə 2039-cu ilədək uzalaşdırma cəzası verilib.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, 30 yaşlı raketka ustası turnirlərdə qanunsuzluq etdiyinə görə 15 illik tennisdən uzaqlaşdırılıb. Bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) məlumat yayıb.

Agentlik rəsmiləri acıqlamalarında :"Bura yarışların nəticələrini saxtalaşdırmaq, yarışların nəticələrini saxtalaşdırmaq üçün pul almaq, tennis mərcləri etmək və turnir rəsmilərinə pul vermək daxildir",-deyiblər.

Qeyd edək ki 2017-ci ildə 955 xalla karyerasının rekordunu qıran Aron Kortez 2016 və 2018-ci illərdə də qısa müddətli cəzalar alıb.