"Australian Open"də qalmaqal

"Böyük dəbilqə" seriyalı "Australian Open" turnirində qalmaqal yaşanıb.

Sportline.az xəbər verir ki, yarışın 4-cü dövrəsinin Aleksandr Zverev - Kemeron Norri görüşü Fələstinə dəstək aksiyasına görə yarıda dayandırılıb.

Matçın 3-cü setində tribunadakı qadın azarkeş "Fələstinə azadlıq" şüarı yazılan vərəqlər səpələməyə başlayıb.

Təhlükəsizlik əməkdaşlarının azlığı səbəbindən tribunadakı digər azarkeşlər qadını çətinliklə kortdan uzaqlaşdırıblar.

Təşkilatçılar bu səbəbdən oyunu təxirə salıblar.