"Bütün mümkün rekordları qırmaq istəyirəm"
Dünya tennisinin lideri Novak Cokoviç Parisdə keçirilən "Masters" seriyalı turnirdəki qələbəsindən sonra iddialı açıqlama ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, seriyalı idmançı ATP turnirlərində titulların sayına görə rekordu yeniləməyə hazır olduğunu bildirib.
"Hazırda Konnorsla müqayisədə 12 qələbə az qazanmışam. Amma, qarşıda daha bir neçə il var. Rekordu yeniləyəcəyimə inanıram. Bəlkə də bu bir az ciddi səslənmir. Amma, bütün rekordları qıracağam", - deyə Cokoviç iddiasını ortaya qoyub.
Qeyd edək ki, ATP turnirlərində ən çox qələbəni amerikalı Cimmi Konnors qazanıb. O, 109 dəfə baş mükafata layiq görülüb. İsveçrəli Roje Federerin 103, Novak Cokoviç isə 97 mükafatı var.