Cokoviç əsas rəqibini açıqladı

Dünya tennisinin lideri Novak Cokoviç özünün əsas rəqibinin adını açıqlayıb.

Sportline.az xəbər verir ki, serbiyalı idmançı bu siyahıya Rafael Nadalın başçılıq etdiyini bildirib.

"Rafael Nadal mənim əsas rəqibim olaraq qalır. Hətta kortdan uzun müddət kənarda qalmasına rəğmən. Ümid edirəm ki, o, tezliklə yarış meydanına qayıdacaq. Əminəm ki, Rafa yeni qələbələr haqqında düşünür", - deyə Cokoviç AS-a müsahibəsində bildirib. 

Xatırladaq ki, bu ay Yannik Sinner üzərində qələbə çalan Novak ATP-nin yekun siyahısında liderliyi təmin edib.