Cokoviç hədəfini açıqladı

Dünya tennisinin lideri Novak Cokoviç gələcək hədəflərini açıqlayıb.

Sportline.az xəbər verir ki, "Böyük dəbilə" seriyalı turnirlərin 24 qat qalibi bununla kifayətlənmək niyyətində deyil.

O, cari mövsümdə liderlik mövqeyini qorumaq üçün daha bir qələbəyə ehtiyac duyduğunu bildirib.

"İlin yekununda liderliyi qorumaq üçün daha bir qələbə qazanmalıyam. "Devis kuboku" ilə yanaşı bu, mənim hazırkı hədəfimdir. Turindəki yarışda bu məqsədimi reallaşdırmağa çalışacağam. İli yüksək notlarda bitirməyə köklənmişəm", - deyə serbiyalı tennisçi TheTennisLetter-ə açıqlamasında fikirlərini bölüşüb.

Xatırladaq ki, Cokoviç noyabrın 5-də karyerasındakı 97-ci qələbəsini qazanıb.