Cokoviç ili lider kimi başa vuracaq
Kişi tennisçilərin reytinq cədvəlinin lideri Novak Cokoviç 2023-cü ili zirvədə başa vuracaq.
Sportline.az xəbər verir ki, o, Italiyanın Turin şəhərində keçirilən ATP seriyalı turnirin qrup mərhələsinin 1-ci turunda danimarkalı Holger Runyeyə qalib gəlməklə (7:6 (7-4), 6:7 (1-7), 6:3) bunu qarantiləyib.
Bu qələbə 2023-cü ilin nəticələrinə görə serbiyalı üçün dünyanın birinci raketkası adına zəmanət verib.
Qeyd edək ki, Novak Cokoviç noyabrın 19-da başa çatacaq turnirin son qalibidir.