Cokoviç qərarını açıqladı

Dünya tennisinin lideri Novak Cokoviç karyerasını bitirmək fikrində deyil.

Sportline.az xəbər verir ki, serbiyalı idmançı US Open turnirinin finalına yüksəldikdən sonra keçirdiyi mətbuat konfransında bu haqda fikrini açıqlayıb.

Fiziki cəhətdən hazırlıqlı olduğunu deyən Cokoviç yaşın əhəmiyyət daşımadığını vurğulayaraq, karyerasını davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, 36 yaşlı tennisçi karyerası ərzində 95 titula sahib çıxıb.