Əfsanəvi idmançı rəhbərliyi istefaya səslədi
"Böyük dəbilqə" turnirlərinin 18 qat çempionu Martina Navratilova Dünya Tennis Assosiasiyasının (WTA) rəhbəri Stiv Saymonu tənqid edib.
Sportline.az xəbər verir ki, əfsanəvi idmançı The Tennis Letter nəşrinə müsahibəsində düşüncələrini sərt şəkildə ifadə edib.
"Ola bilər ki, rəhbərlikdə dəyişiklik vaxtıdır. Vaxtilə bu quruma qadınlar rəhbərlik edirdi. Məncə yenidən qadınlara üstünlük vermək lazımdır. Bu işin öhdəsindən gələcək insanlar var. Görünən odur ki, Stiv Saymonun postunda qalması çətin olacaq", - deyə Navratilova bildirib.
Qeyd edək ki, qadın tennisçilər son turnirlərin təşkilindən narazılıqlarını ifadə etməkdədirlər.