Məşhur idmançılar turnirə "Vayld kart"la qatılacaqlar

ABŞ-nin Mayami şəhərində təşkil olnacaq "Masters" seriyası və WTA-1000 kateqoriyası üzrə turnirlərin təşkilatçıları bu il "Uayld kard" təqdim ediləcək tennisçilərin adlarını açıqlayıblar.

Sportline.az xəbər verir ki, onların arasında məşhur tennisçilərin adları var.

Söhbət Venus Uilyams (ABŞ), Karolina Voznyatski (Danimarka), Emma Radukanu (Böyük Britaniya) və Key Nişikoridən (Yaponiya) gedir.

Mayamidəki yarış martın 19-dan 31-dək keçiriləcək.

Qeyd edək ki, 43 yaşlı Venus Uilyams üçün Mayamidə keçiriləcək turnir 2023-cü ilin "US Open"indən sonra ilk yarış olacaq.