Məşhur tennisçidən maraqlı addım

Qazaxıstanlı tennisçi Aleksandr Bublik Adelaidada keçirilən turnir zamanı maraqlı addımla gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, yarışın 1/4 finalında italiyalı Lorenso Muzetti ilə görüşdə top ardınca gedərkən çips yeyən azarkeşin payına şərik olub. 

Onun bu hərəkəti azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, oyun 26 yaşlı qazaxıstanlı tennisçinin xeyrinə başa çatıb (6:3, 6:7(4), 7:5).

3784657647656542.webp