Nadal Romanı yenidən fəth etməyə gəlib

Dünya tennisinin sabiq lideri Rafael Nadal Romada keçiriləcək Masters seriyalı turnirdə çıxış edəcək.

Sportline.az xəbər verir ki, bu, məşhur ispaniyalının zədəsini sağaltdıqdan sonra qatılacağı 3-cü yarışdır.

"Torpaq kortlar kralı" bundan əvvəl Barselona və Madrid turnirlərində qüvvəsini sınayıb.

Madriddə 1/4 finala yüksələn Nadal bu mərhələdə çexiyalı İrji Leqeçkaya uduzmuşdu.

Qeyd edək ki, dünyanın ən titullu idmançılarından sayılan ispaniyalı Romada keçirilən Masters yarışlarının 8 qat qalibidir.