Rafael Nadal azarkeşləri ilə görüşdü

Dünyanın ən məşhur tennisçilərindən olan Rafael Nadal uzun fasilədən sonra yenidən azarkeşləri önünə çıxıb.

Sportline.az xəbər verir ki, "Böyük dəbilqə" turnirlərini 22 qat çempionu Avstraliyanın Brisben şəhərində fanatları ilə görüşüb.

İspaniyalı ulduz bununla bağlı sosial şəbəkədə foto paylaşıb.

Qeyd edək ki, Nadal uzun sürən fasilədən sonra korta "ATP-250 Brisbane International" turnirində qayıdacaq.