Rafael Nadal korta qayıdır

Dünya tennisinin ulduzu Rafael Nadal yaxın vaxtlarda korta qayıdacaq.

Sportline.az sport-express.ru-ya istinadla xəbər verir ki, bunu ispaniyalı tennisçinin əmisi və sabiq məşqçisi Toni Nadal deyib: "Rafa artıq qaydasındadır. Bərpa prosesi keçir. İşlər yolunda getsə, o, gələn il Austrlian Open turnirinə qatıla bilər".

Qeyd edək ki, Rafael Nadal iyun ayında sol ayağının əzələsindən əməliyyat olunub.

Dünyanın ən məşhur idmançılarından sayılan ispaniyalı "Böyük dəbilqə" turnirlərinin 22 qat qalibidir.