Rafael Nadalın son durumu
Dünya tennisinin liderlərindən olan Rafael Nadal korta nə vaxt qayıdacağını hələ də bilmir.
Zədəsini sağaldan ispaniyalı tennisçi bunun yaxın vaxtlara təsadüf edəcəyinə ümid bəsləyir.
Xatırladaq ki, 37 yaşlı idmançı Makkenzi Makdonaldla görüşdə sol ayağından aldığı ciddi zədə üzündən əməliyyat olunmuşdu.
Ondan sonra korta çıxa bilməyən Nadal Mundo Deportivoya açıqlamasında dönüşü haqda tezliklə konkret fikir söyləyə biləcəyini bildirib.